Gəncədə dəfələrlə yol-nəqliyyat hadisəsinin qeydə alındığı kəsişmədə… — Gencexeber.az — TG.ME

🗣Gəncədə dəfələrlə yol-nəqliyyat hadisəsinin qeydə alındığı kəsişmədə növbəti qəza baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə şəhərin Əziz Əliyev və Nəriman Vəliyev küçələrinin kəsişməsində qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qeyd edək ki, sözügedən ərazidə bundan əvvəl də dəfələrlə avtomobillərin aşması ilə nəticələnən qəzalar baş verib.

Hadisənin təfərrüatları araşdırılır.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏1💘1
September 5, 2026 863 2