Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb… — Gencexeber.az — TG.ME

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Sentyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏2👍1😢1
September 5, 2026 597 1