Müqəddəs məkan zibilliyə çevrilir – İmamzadədə ŞOK mənzərə
Gəncənin tarixi-mədəni yerlərindən biri olan İmamzadə dini kompleksində qəbiristanlığın tullantılarla çirklənməsinə dair mütəmadi olaraq şikayətlər olunur.
Gencexeber.az məlumat verir ki, məzarların ətrafı zibillənib və yabanı otlar örtüb.
Yerli sakinlərin sözlərinə görə, məzarlığın yaxınlığında zibil konteynerləri yoxdur. Nəticədə də məsuliyyətsiz vətəndaşlar zibillərini məzarlıqda qoyub çıxırlar.
Məzarlıq artıq zibil poliqonuna çevrilir. Vətəndaşlar bu acınacaqlı mənzərənin aradan qladırılmasını tələb edirlər.
Yeni "Instagram" hesabımız
@gencexeberaz
2
1
1
1September 5, 2026 612 1