Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb ANAMA… — Gencexeber.az — TG.ME

Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb

ANAMA minaaxtaran itlər üzrə potensialını sürətlə genişləndirib.

Bunu ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” təşkilatının baş direktoru Eliz Becker deyib.

O, ANAMA ilə artıq 20 ildən çoxdur tərəfdaşlıq etdiklərini və bundan qürur duyduqlarını bildirib.

Eliz Beckerin sözlərinə görə, sonrakı illərdə ANAMA öz əməliyyat təcrübəsini artırıb.

“Son beş il ərzində özəl donorların dəstəyi ilə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlamışıq. Onlar hazırda sahələrdə fəaliyyət göstərirlər”.

O əlavə edib ki, proqramın ilkin mərhələsində yaradılmış milli potensial minaaxtaran itlər üzrə imkanların kifayət qədər sürətlə genişləndirilməsinə şərait yaradıb.

Mənbə: apa.аz

Yeni "Instagram" hesabımız

@gencexeberaz
❤2🙏2
September 3, 2026 643 1