Gəncə şəhərində fəaliyyət göstərən bəzi məktəbəqədər təhsil… — Gencexeber.az — TG.ME

Gəncə şəhərində fəaliyyət göstərən bəzi məktəbəqədər təhsil müəssisələrində müəyyən edilmiş iş saatlarına əməl olunmaması ilə bağlı valideynlərin narazılığına səbəb olan məsələ araşdırılıb.

Məsələ ilə bağlı Gencexeber.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bununla əlaqədar müəssisə rəhbərləri ilə görüş keçirilib. Uşaqların bağçalara qəbul və müəssisədən çıxış saatlarının tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qurumun məlumatına görə, hazırda məktəbəqədər təhsil müəssisələrində uşaqların qəbul və çıxış saatları müəyyən edilmiş iş rejiminə uyğun şəkildə tənzimlənir.

Qeyd edək ki, Gəncədə bir qrup valideyn bəzi bağçalarda müəyyən olunmuş iş saatlarına əməl edilməməsindən narazılıq edib. Valideynlərin əsas tələbi ciddi zərurət olmadığı halda uşaqların bağçaların rəsmi iş saatı başa çatanadək müəssisədə qala bilməsi ilə bağlı olub.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏3
September 3, 2026 955 1