Sentyabrın 4-də keçiriləcək “Kəpəz” – “Şamaxı” oyunu ilə əlaqədar… — Gencexeber.az — TG.ME

Sentyabrın 4-də keçiriləcək “Kəpəz” – “Şamaxı” oyunu ilə əlaqədar Gəncə şəhərində ictimai nəqliyyat axşam və gecə saatlarında gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Gencexeber.az məlumat verir ki, azarkeşlərin Gəncə Şəhər Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə 3 marşrut xətti üzrə avtobusların sayı artırılacaq, sərnişindaşıma xidmətinin iş vaxtı isə 23:30-dək uzadılacaq.

Gücləndirilmiş rejimdə işləyəcək marşrutlar:

– 6 nömrəli marşrut;
– 7 nömrəli marşrut;
– 12 nömrəli marşrut.

Qeyd edək ki, “Kəpəz” – “Şamaxı” qarşılaşması saat 20:15-də başlayacaq.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏2
September 3, 2026 833