Kəpəz” - “Şamaxı” oyununa 10 mindən çox bilet satılıb Bu gün futbol… — Gencexeber.az — TG.ME

“Kəpəz” - “Şamaxı” oyununa 10 mindən çox bilet satılıb

Bu gün futbol üzrə Misli Premyer Liqasının dördüncü turunda keçiriləcək “Kəpəz” - “Şamaxı” qarşılaşmasına artıq 10 mindən çox bilet satılıb.

Gencexeber.az bildirir ki, bu barədə “Kəpəz” futbol klubu məlumat yayıb.

Qarşılaşma Gəncə şəhər stadionunda keçiriləcək və saat 20:15-də başlayacaq.

Qeyd edək ki, “Kəpəz” turnir cədvəlində üç xalla yeddinci, “Şamaxı” isə iki xalla doqquzuncu pillədə qərarlaşıb.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏4
September 4, 2026 378