Sabah yağış yağacaq - PROQNOZ Azərbaycanda sentyabrın 3-də 32 dərəcə… — Gencexeber.az — TG.ME

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda sentyabrın 3-də 32 dərəcə isti olacaq.

Gencexeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-22° isti olacaq.

Yeni "Instagram" hesabımız

@gencexeberaz
🙏2
September 2, 2026 1.1K