Gəncə Şəhər Stadionuna UEFA-dan yüksək status
Gəncə Şəhər Stadionu UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.
Gencexeber.az bildirir ki, bu barədə AFFA məlumat yayıb.
İki il ərzində aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində arena UEFA tərəfindən yüksək qiymətləndirilib. 4-cü kateqoriya stadionun qurumun müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir.
Yeni status Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, həmçinin UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.
@gencexeberaz

7
1August 30, 2026 890