ABŞ senatoru Kennedi Putini “ölənədək boğmağa” çağırıb: “Mən istərdim… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸🗣 ABŞ senatoru Kennedi Putini “ölənədək boğmağa” çağırıb:

“Mən istərdim ki, Rusiya sadəcə “bəsdir” desin və bundan geri çəkilsin. Onların nələri qurban verməyə hazır olduqlarını bilmirəm. Bildiyim odur ki, ötən həftə Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etməyəndə böyük bir fürsəti əldən verdik”.

“Vladimir Putin quldur xislətli bir adamdır. Onun əlləri qana batıb. Bütün bu gözəl söhbətlər onun vecinə deyil. Onun dalını öpməklə heç bir xal qazanmayacaqsınız. Ona ciddi olduğunuzu göstərmək lazımdır. Biz Rusiyaya qarşı sanksiyalar haqqında bu qanun layihəsini qəbul etməli idik və bunu etmək üçün daha bir şansımız olacaq. Biz bunu etməliyik. Ukraynaya və Avropaya kömək etməliyik. Onlar özləri də pis iş görmürlər, amma biz onlara kəşfiyyat məlumatları verə bilərik”.

“Biz Putini sıxışdırmışıq. Onu ölənədək boğuruq. Biz onu boğuruq. Və onu ölənədək boğmalıyıq. Onun başa düşdüyü budur”.

#ABŞ #Kennedi #Putin #Rusiya #Ukrayna
September 8, 2026 223 1