🇺🇸📊 ABŞ əmək bazarında qeyri-adi vəziyyət yaranıb - avqust ayında yeni iş yerlərində ümumi artımın 98%-i qadınların payına düşüb.
CNBC-nin cümə günü ABŞ Əmək Statistikası Bürosunun açıqladığı məlumatlar əsasında apardığı təhlilə görə, qadınlar 158 min yeni iş yeri tutublar. Bu, ay ərzində yaradılan ümumilikdə 162 min iş yerinin təxminən 98%-ni təşkil edir.
Ötən illə müqayisədə, mövsümi dəyişikliklər nəzərə alınmaqla, işləyən qadınların sayı 870 mindən çox artıb. Eyni dövrdə işləyən kişilərin sayı isə təxminən 1,5 milyon nəfər azalıb.
Bir ildən artıqdır ABŞ əmək bazarında artımın əsas hərəkətverici qüvvəsi olan səhiyyə sektoru avqustda da yeni iş yerləri yaratmağa davam edib.
Bu sahədə çalışan hər beş nəfərdən dördündən çoxu qadındır.
#ABŞ #ƏməkBazarı #Qadınlar #Məşğulluq #İqtisadiyyat

September 8, 2026 153 1