🇦🇪🦅 BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Ovçuluq, Balıqçılıq, Atçılıq və İdman Avadanlıqları Sərgisində nadir ağ şahin rekord qiymətə - 2,1 milyon dirhəmə (571 min dollar) satılıb.
WAM portalının məlumatına görə, “ultra-ağ” lələklərə malik safqan qır şahin indiyədək hərracda satılan ən bahalı quş olub.
Qeyd olunur ki, şahin ABŞ-da yetişdirilib və son dərəcə nadir lələk rənginə malikdir.
#BƏƏ #ƏbuDabi #Şahin #Hərrac #Rekord

September 8, 2026 151