🇹🇷📈 Türkiyə hökuməti 2026-cı il üzrə inflyasiya proqnozunu demək olar ki, iki dəfə artırıb.
▪️Yeni ortamüddətli proqramda ilin sonuna inflyasiya proqnozu 16 faizdən 28,4 faizə qaldırılıb. İqtisadi artım proqnozu isə 3,8 faizdən 3,3 faizə endirilib.
▪️2027-ci il üçün inflyasiya gözləntisi də 9 faizdən 21 faizə yüksəldilib. Hökumət bu göstəricini 2028-ci ildə 13,5 faizə, 2029-cu ildə isə 9 faizə endirməyi planlaşdırır.
2026-cı ilin avqustunda Türkiyədə rəsmi illik inflyasiya 31,5 faiz təşkil edib.
▪️Xarici ticarət kəsiri üzrə proqnoz 96 milyard dollardan 105 milyard dollara, enerji idxalına gözlənilən xərclər isə 63 milyard dollardan 71 milyard dollara artırılıb.
Brent markalı neftin orta qiyməti ilə bağlı proqnoz da bir barel üçün 64,3 dollardan 89,3 dollara qaldırılıb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dəyişiklikləri regiondakı müharibələr və geosiyasi risklərin artması ilə izah edib.
#Türkiyə #İnflyasiya #İqtisadiyyat #Brent #CevdetYılmaz

1
1September 7, 2026 274