Almaniya hökuməti ilk dəfə rəsmi olaraq Leypsiq hava limanında… — Alioglu_News🇦🇿 — TG.ME

🇩🇪🇷🇺 Almaniya hökuməti ilk dəfə rəsmi olaraq Leypsiq hava limanında Ukraynaya məxsus yük təyyarəsinin partladılması cəhdinə görə Rusiyanı məsul tutub.

Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, əməliyyatın arxasında Rusiya xüsusi xidmət orqanı dayanıb.

Almaniya hakimiyyəti bu qənaətə polis araşdırması və kəşfiyyat məlumatlarının təhlilindən sonra gəlib.

Avqustun 5-nə keçən gecə partlayıcı maddə daşıyan kopter Leypsiq hava limanına daxil olub. Həmin vaxt orada Ukraynaya məxsus An-124 təyyarələri olub.

İstintaqın versiyasına görə, dron təyyarələrdən birinə çırpılıb. Onun hissələri yanacaq çənlərinin yaxınlığında, qanadın üzərində aşkarlanıb.

Lakin ehtimal olunan detonator nasazlığı səbəbindən partlayış baş verməyib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, pilotsuz uçuş aparatının komponentləri, partlayıcı maddə və işə salma sistemi daha əvvəl Rusiyanın digər əməliyyatlarında və Ukraynaya qarşı müharibədə də qeydə alınıb.

Buna cavab olaraq Berlin Rusiyanın Bonndakı Baş Konsulluğunu bağlayacaq, Berlindəki “Rus Evi”nin fəaliyyətinə son qoyacaq və Rusiya vətəndaşları üçün ölkəyə giriş nəzarətini sərtləşdirəcək.

Rusiyanın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan başqa, Almaniya Rusiyanın “kölgə donanması”na qarşı təzyiqi artıracağını açıqlayıb.

#Almaniya #Rusiya #Ukrayna #Leypsiq #Təhlükəsizlik
September 3, 2026 186