🇺🇸🤖 ABŞ Ordusu süni intellektlə təchiz edilən səkkiz “TITAN” taktiki kəşfiyyat maşınının istehsalı üçün “Palantir” və “Anduril” şirkətlərinə 192 milyon dollarlıq müqavilə verib.
“TITAN” peyklərdən, dronlardan, təyyarələrdən və yerüstü sensorlardan daxil olan məlumatları bir sistemdə birləşdirmək üçün süni intellekt və maşın öyrənməsindən istifadə edir.
Sistem potensial hədəfləri müəyyənləşdirir, onların yerini təyin edir və hərbçilərə daha sürətli hədəfləmə tövsiyələri təqdim edir.
Müqavilə çərçivəsində dörd təkmilləşdirilmiş və dörd baza versiyasının yaxın 18 ay ərzində ABŞ Ordusuna təhvil verilməsi planlaşdırılır.
Mənbə: “Axios”.
#ABŞ #ABŞOrdusu #Palantir #Anduril #süniintellekt

September 3, 2026 167 1