🇷🇺🪳 Moskva vilayətində həkimlər qadının qulağından nəhəng canlı tarakan çıxarıblar.
“Qız sol qulağında kəskin ağrı və hərəkət hissi ilə Şyolkovo xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Onun sözlərinə görə, əlamətlər səhər saatlarında başlayıb və o, qulağını özü su ilə yumağa çalışıb, lakin bundan sonra ağrı daha da güclənib.
Müayinə zamanı otorinolarinqoloq qulaq kanalının dərinliyində iri tarakan aşkar edib. Həkimlər həşəratı ehtiyatla hərəkətsizləşdirərək qulaqdan çıxarıblar, daha sonra qulağı antiseptik vasitə ilə işləyiblər.
Pasiyent evə buraxılıb. Bir neçə gündən sonra o, təkrar müayinədən keçməlidir”.
#Rusiya #MoskvaVilayəti #Tibb #Həkimlər #Hadisə

September 3, 2026 221 2