Pegasus Airlines” Rusiyaya uçuşları ləğv etməyə başlayıb - buna səbəb… — Alioglu_News🇦🇿 — TG.ME

🇹🇷✈️ “Pegasus Airlines” Rusiyaya uçuşları ləğv etməyə başlayıb - buna səbəb kimi Zelenskinin xəbərdarlığı göstərilir.

Ukrayna lideri Rusiya üzərindən uçuşlar həyata keçirən beynəlxalq aviaşirkətlərə xəbərdarlıq edərək bildirib ki, Ukrayna pilotsuz uçuş aparatlarının fəaliyyəti səbəbindən Rusiya səması “tamamilə təhlükəli” vəziyyətə gəlir.

İlk nəticələr artıq görünür: Türkiyənin “Pegasus Airlines” aviaşirkəti Rusiyaya reysləri ləğv etməyə başlayıb.

Sentyabrın 2-si səhər saatlarına olan məlumata görə, İstanbul - Moskva, İstanbul - Sankt-Peterburq, Bodrum - Moskva, Dalaman - Moskva, İzmir - Moskva, Antalya - Moskva, Antalya - Sankt-Peterburq və Antalya - Samara istiqamətləri üzrə onlarla reys ləğv edilib.

Moskva, Sankt-Peterburq və Samaradan Türkiyəyə nəzərdə tutulan əks istiqamətli reyslər də ləğv olunub.

Bununla yanaşı, “Turkish Airlines” da daxil olmaqla digər Türkiyə aviaşirkətləri uçuşları davam etdiriblər, baxmayaraq ki, onlarda da ayrı-ayrı reyslərin ləğvi qeydə alınıb.

“Bizi nə gözlədiyini bilmirik, Türkiyə tərəfi uçuşlara icazə vermir”, - aviaşirkətdə sərnişinlərə bildirilib.

#Türkiyə #PegasusAirlines #Rusiya #Ukrayna #Aviasiya
September 3, 2026 289