🇮🇱🇸🇾 Yüksəkvəzifəli İsrail mənbəsi I24 News-a bildirib ki, Suriya ilə təhlükəsizlik sazişinin imzalanması cəhdi uğursuz olub.
🔸 “Əhməd əş-Şaraa dialoqa açıqdır, Suriya rejimi ilə əlaqə kanallarımız var. Bir il əvvəl təhlükəsizlik sazişinin əldə olunması üçün danışıqlar aparırdıq, lakin sonda onlar uğursuz oldu”.
🔸 “Suriyaya qarşı sanksiyaların bir hissəsi ləğv edildikdən sonra Suriyanın belə bir sazişi imzalamaq motivasiyası azalıb”.
🔸 “Hesab etmirəm ki, təhlükəsizlik sazişi və ya təhlükəsizlik üzrə tənzimləmə çərçivəsində bufer zonasından çıxmalıyıq. Bu, İsrail üçün təhlükəsizlik amilidir”.
🔸 “Dialoq daim davam edir və bütün səviyyələrdə aparılır”.
#İsrail #Suriya #ƏhmədƏşŞaraa #Təhlükəsizlik #Diplomatiya

September 4, 2026 143