🇯🇵⏳ Yaponiyada artıq ayda 100 saata qədər qanuni şəkildə əlavə işləmək mümkündür - bu, faktiki olaraq hər iş gününün beş saat uzadılması deməkdir.
Rusiyalı biznesmenlər isə bunu “doğru mesaj” hesab edirlər.
Onların fikrincə, əlavə iş limitinin ildə 240 saata qaldırılması 100 min yeni işçinin meydana çıxmasına bərabər effekt verə bilər.
Əgər söhbət ildə 240 saatdan deyil, ayda 100 saatdan gedirsə, bu zaman effektin 500 min yeni işçinin əmək bazarına qoşulmasına bərabər olacağı iddia edilir.
Rusiya Tibb Elmləri Akademiyasında isə rusiyalıların uzun ömür və sonsuz iş həyatına hazırlaşmalı olduqları hesab edilir.
Bu fonda “tənəzzül edən Qərb”ə fikir verməmək tövsiyə olunur, çünki orada dördgünlük və 33 saatlıq iş həftəsinə keçməyə çalışırlar.
#Yaponiya #İşHəftəsi #Əlavəİş #Rusiya #ƏməkBazarı

1September 3, 2026 257 1