🇹🇷 Türkiyə: son saatların xəbərləri
▪️ Türkiyədə dizel yanacağının qiymətində kəskin artım gözlənilir. Sektor mənbələrinin məlumatına görə, sentyabrın 4-dən bir litr dizelin 8,24 lirə bahalaşması mümkündür. Bu halda Ankara və İzmirdə qiymət 90 lirəni keçəcək.
▪️ Ölkə iqtisadiyyatında günün əsas hadisəsi inflyasiya göstəricilərinin açıqlanması olacaq. Avqust ayının rəqəmləri həm bazarların istiqamətinə, həm də sentyabrda mənzil və iş yerləri üzrə kirayə artım həddinə təsir edəcək.
▪️ Türkiyənin yerli istehsalı olan T625 GÖKBEY helikopteri Polis Baş İdarəsinin arsenalına daxil edilib. Ümumilikdə polis qüvvələrinə 18 belə helikopterin verilməsi nəzərdə tutulur.
▪️ Ankaranın keçmiş bələdiyyə sədri Melih Gökçek istintaq çərçivəsində şübhəli şəxs qismində ifadəyə çağırılıb. Onun sentyabrın 4-də Ankara Respublika Baş Prokurorluğuna gəlməsi gözlənilir.
▪️ Ankara prokurorluğu TikTok fenomenləri Cansum Kaya və Sinan Kaya barəsində “xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama” maddəsi ilə istintaqa başlayıb. Hər iki şəxs saxlanılıb.
▪️ Silivri sahillərində iki ticarət gəmisinin toqquşması ilə bağlı istintaq genişləndirilib. Prokurorluq gəmilərin marşrut, rabitə, radar və rəqəmsal naviqasiya məlumatlarının götürülməsi barədə göstəriş verib.
▪️ İstanbulun Bayrampaşa rayonunda polisin “dayan” əmrinə tabe olmayan şəxslər avtomobillə qaçarkən qəza törədiblər. Şübhəlilərdən biri saxlanılıb, digəri motosikletlə qaçıb.
▪️ Ümraniyedə avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Maşının altında qalan sürücü hadisə yerində həyatını itirib.
▪️ Karabükdə beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib. Sakinlər təxliyə olunub, tüstüdən zəhərlənən iki nəfər xəstəxanaya çatdırılıb.
▪️ Sakaryanın Adapazarı rayonunda samanlıqda başlayan yanğın zamanı dörd nəfər tüstüdən zərər çəkib. Yanğın nəzarətə alınıb, böyük həcmdə saman yararsız hala düşüb.
▪️ Mardinin Kızıltepe rayonunda iki qrup arasında mübahisə bıçaqlı davaya çevrilib. Biri 15 yaşlı yeniyetmə olmaqla üç nəfər yaralanıb.
▪️ Kastamonunun Cide rayonunda çay kənarında ov tüfəngi ilə vurulmuş 28 yaşlı kişinin meyiti tapılıb. Hadisə ilə bağlı bir nəfər saxlanılıb.
▪️ “Beşiktaş” 22 yaşlı müdafiəçi Ümit Akdağın transferini rəsmən açıqlayıb. Futbolçu ilə dördillik müqavilə imzalanıb.
▪️ “Trabzonspor” hücum xəttini gücləndirib. Klub “Midtjylland”dan 22 yaşlı Franculino Gludo Djunu heyətinə qatıb.
▪️ Bursanın Yenişehir rayonunda 11-ci “Altın Biber” festivalı başlayıb. Açılışda mehter, qadın nəfəsli alətlər orkestri və ritm qrupu ilk dəfə 88 nəfərlik vahid heyətlə səhnəyə çıxıb.
September 3, 2026 194 1