🇬🇧📩 Britaniyada şahzadə Harri və Meqan Marklın uşaqlarının oxuduğu məktəbdə valideynlərə xəbərdarlıq məktubları göndərilib - şagirdlərə onların övladlarının foto və videolarını çəkmək qadağan edilib.
Kotsuoldsdakı özəl məktəbin valideynlərinə yeni qaydalar barədə məktublar göndərilib.
Məlumata görə, Sasseks hersoqu və hersoginyası uşaqlarının şəklinin çəkilməsini, həmin fotoların sosial şəbəkələrdə və mediada paylaşılmasını, eləcə də şagirdlər və onların valideynləri haqqında məlumatların yayılmasını istəmirlər.
Şagirdlərdən birinin anası bildirib ki, məktəbin mesajında məşhur ailələrdən olan uşaqların ictimaiyyətin və medianın marağına səbəb ola biləcəyi qeyd olunub.
“Valideynlərə xatırladılıb ki, icazə olmadan digər uşaqların foto və videosunu çəkmək, həmçinin şagirdlər və ya onların ailələri haqqında foto, məlumat və təfərrüatları sosial şəbəkələrdə paylaşmaq olmaz”.
#Britaniya #ŞahzadəHarri #MeqanMarkl #Məktəb #Sasseks

September 3, 2026 173