ABŞ-da keçirilən yarış zamanı kater 343 km/saat sürət yığaraq havaya… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸🚤 ABŞ-da keçirilən yarış zamanı kater 343 km/saat sürət yığaraq havaya qalxıb:

“Qəza Missuri ştatında keçirilən məşhur Lake of the Ozarks Shootout yarışında baş verib. Dirty Duck yarış katamaranı finiş xəttini saatda 213 mil - təxminən 343 km/saat sürətlə keçib”.

Kabinədə pilot Adam Serafin və dartı gücünün idarə edilməsinə cavabdeh Rasti Uilyams olub. Xilasedicilər onlara demək olar ki, dərhal çatıblar.

Serafinin ayağı sınıb, Uilyams isə ciddi xəsarət almayıb.

#ABŞ #Missuri #Qəza #Kater #Yarış
September 1, 2026 147