Şimali Koreya nüvə silahına sahib olmağı sülh naminə düzgün seçim… — Alioglu_News🇦🇿 — TG.ME

🇰🇵☢️ Şimali Koreya nüvə silahına sahib olmağı sülh naminə düzgün seçim adlandırıb:

“Nüvə silahımız suverenliyin qorunmasının mütləq təminatıdır, Koreya Xalq Demokratik Respublikasının nüvə silahına sahib olması və onu ardıcıl şəkildə gücləndirməsi isə regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün ən məsuliyyətli və düzgün seçimdir”, - Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Koreya Xalq Demokratik Respublikasının dövlətin ali qanunu ilə əbədi olaraq təsbit edilmiş hazırkı statusu ABŞ-ın “nüvəsizləşdirmə” ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatlar səbəbindən zəiflədilə və ya qeyri-müəyyən hala gətirilə bilməz.

#ŞimaliKoreya #NüvəSilahı #ABŞ #Təhlükəsizlik #Sülh
September 1, 2026 162