Danimarka sakini öz bağında ölkənin Vikinq dövrünə aid ən böyük gümüş… — Alioglu_News🇦🇿 — TG.ME

🇩🇰🪙 Danimarka sakini öz bağında ölkənin Vikinq dövrünə aid ən böyük gümüş xəzinəsini aşkar edib:

“Kişi yeni terras tikərkən torpaq işləri zamanı metal əşyalara rast gəlib. Sonradan onların qədim bəzək əşyaları, sikkələr və gümüş külçələr olduğu müəyyənləşib.

IX-X əsrlərə aid edilən xəzinənin çəkisi 18,5 kiloqramdır - bu, Danimarkada indiyədək tapılmış Vikinq dövrünə aid əvvəlki rekord xəzinədən təxminən üç dəfə çoxdur.

Tapıntıya ərəb və ingilis sikkələri, runik yazılı külçələr, bəzək əşyaları və kiçik “Tor çəkici” də daxil olmaqla, təxminən 700 gümüş əşya və fraqment daxildir”.

#Danimarka #Vikinqlər #Xəzinə #Arxeologiya #Gümüş
👍1
September 1, 2026 174