#106il
27.04.1920-Yazın ilıq nəfəsi birdən-birə şimaldan gələn, soyuq dağıdıcı fəlakətlər gətirən küləyə çevrilir. Xalq isə artıq bir müddət idi ki, müstəqilliklərinin son nəfəsləri olduğunun fərqində idi.Eyni zamanda, Quba alayının Yalama qarnizonu da bu acı gerçəyin fərqində idi, lakin bu düşüncəni özlərinə yaxın buraxmaq istəmir, və son nəfəslərinə qədər də bunun üçün vuruşurlar. Aprelin 27-sində Bakıya 70 minlik sovet ordusu yaxınlaşırdı. Yalamaya yaxınlaşan zaman 30 minlik ordunun qarşısında isə Azərbaycanın 350 qəhrəmandan ibarət Yalama qarnizonu durmuşdu. Bəs nəyə görə Xl Qırmızı Ordunun qarşısına 350 nəfər çıxmışdı? Çünki, ermənilər Qarabağda qiyamlar qaldırır, əli yalın soydaşlarımıza qətliamlar törədirdilər. Buna görədə, ordunun əksəriyyəti burda cəmləşmişdi. Ehtiyatda qalan cəmi bir neçə min əsgər də fərqli istiqamətlərdə yerləşdirilmişdi. Rusiyanın Azərbaycana olan mövqeyi gizlin bir şey deyildi, amma həmin çağ ölkədə vəziyyət qarışıq idi, iki cəbhədən döyüşmək dövrün imkanları üçün mümkünsüz idi. Bu çətin zamanda Azərbaycana heç kimin əl uzatmadı, hətta əl uzatmaq bir yana, görülən tədbirlərin qarşısı alındı. Yalamada Qırmızı Ordunun qarşısını kəsmək üçün sökülən qatar relsləri,Türkiyənin israrla Qırmızı Ordunun qabağın kəsməyin. Guya Bolşeviklər Bakını yan keçib, Türkiyəyə sərhədə yollanıb, türkləri ingilisləri hücumlar qoruyacaqlar- deyə, tələb etməsi, müdafiə tədbiri görülən kimi, "Siz nə edirsiniz? Qardaş da qardaşı dar gündə qoyarmı?!"-deyib hərbiyə nazirliyinə şikayət etməsi, qatar relslərinin yenidən yerinə düzülməsi və görülən tədbirlərin dayanması ilə nəticələndi. Gürcüstan ilə olan ittifaq müqaviləsinə baxmayaraq, onlar da bizə heç bir dəstək verməyəcək, və qırmızı ordunun qabağını kəsməyəcəkdi.
O gün gəlib çatdı, aprelin 27-si gecə saatları idi, uzaqdan yaxınlaşan qatarın səsi gəlirdi. Yalamanın müdafiəçilərinin qarşısında iki seçim dururdu: Geri çəkilmək, ya da qatarı stansiyaya gecikdirib, milli dövlətlərinin ömrünü bir neçə saat uzatmaq. Qırmızı ordu burdan rahatlıqla keçəcəyi düşünürdü. İlk toqquşma stansiyaya bir neçə kilometr qalmış baş verdi.Yalama qarnizonunun əsgərləri zabit Əliağa Babazadənin başçılığı ilə yanan qatarı qızıl ordunun üstünə göndərərək sürətli hücum planının qarşısını almağı planlaşdırmışdı. Lakin bunu başa düşən qızıl ordu həmin qatara uzaqdan atəş açmağa başlayır və bu plan baş tutmur. Daha sonra isə əsgərlər arasında döyüş başlayır. Yalamanın 350 nəfər müdafiəçisi 30 minlik qoşun qarşısında iki saat tab gətirdi. Son nəfəsinədək düşmən qarşısında müdafiədə duran, məzarlarının belə olmayacağını bilə-bilə, dövlətimizin ömrünü iki saat uzatmaq üçün, canlarından keçən 350 Ruhun qabağında baş əyirik. Qutlu tinləri şad yerləri uçmaq olsun.
«Biz həyatda olmasaq da, müstəqil Azərbaycanımız olacaq. Yenə də Azərbaycanın başı üstündə üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanacaq. Xalqımız qədir-bilən xalqdır. Hər halda, gələcək nəsillər bizi də xatırlayacaqlar».
-Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə naziri, general Səməd bəy Mehmandarov.
©Tikiş Tutmaz
@Turan_Tim