31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. XX əsrin əvvəllərində Azərbaycanın quzeyi və güneyi – xüsusilə Urmu bölgəsində – erməni silahlı dəstələri və bəzi xarici qüvvələrin iştirakı ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, kəndlər dağıdılmış, ailələr parçalanmışdır. Hadisələrin başlıca səbəbi xalqımıza qarşı milli və dini ayrı-seçkilik və ərazi iddiaları olmuşdur.
Azərbaycanın quzeyində bu faciələr rəsmi olaraq yad edilir. Güneydə isə müstəqil dövlət olmadığından anım günü müəyyən edilməyib, amma yaddaş və yaşanan acılar ortaqdır.
Hadisələrin adı fərqli ola bilər – “Mart hadisələri” və ya “Ciloluq” – amma mahiyyət dəyişməz: xalqımıza qarşı yönəlmiş kütləvi zorakılıq və faciədir.
Bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də:
Tarixi yaddaşı qoruyur,
Qurbanların xatirəsini yaşadır,
Gələcək nəsillərə həqiqətləri çatdırırıq.
31 Mart – bölünmüş coğrafiyanın, amma bölünməyən xalq yaddaşının simvoludur