Turan Tim: post #37130 — TG.ME

🇦🇿Azərbaycan ərazisində çox qədim zamanlardan bir çox dövlət yaranmışdır. İstər quzeydə, istər güneydə. Lakin heç vaxt quzey-güney bir bütöv ölkə şəklində olmayıb, ta ki, Xürrəmilər hərəkatına qədər. Buna görə də ata Babəkimiz Bütöv Azərbaycan ideologiyasının ilk yaradıcılarından, və bu yolda canını qoyanlardan biridir. Hətta biz Babək edam olunduğu üçün "Xürrəmilər məğlub olub" deyə bilmərik, çünki bu hadisədən bir qədər sonra ilk dəfə Ana Yurdumuzda həm quzeyi, həm güneyi əhatələyən, paytaxtı Ərdəbil olan dövlətimiz yaranır, düzdür bu dövlətin ömrü elə də uzun olmur. Ancaq xalq öz sərhədini, bütöv vətəninin hara olduğunu bilir. Ata Babək bizə Azərbaycanın bütün tarixi boyu dərin bir iz qoyacaq düşüncəni, arzusunu miras qoyub, Şah İsmayıl kimi, Qacarlar kimi bir sıra hökmdarlarımız bu mirasa sahib çıxıb. Və əsas olan onun doğum günündə, anım günündə şəkillər, videolar, yazılar paylaşmaq deyil. Əsas olan onun yolu ilə getmək, onun qoruduğun qorumaq, onun müqəddəs bildiyin müqəddəs bilmək, mirasına sahib çıxmaqdır.

Doğum günün qutlu olsun Ərdəbillim.🐺🇦🇿

©Tikiş tutmaz Asral 🇦🇿

🤝
@Turan_Tim
🇦🇿2🤣1
July 1, 2026 187 1 3