🗺️ Bu xəritəyə baxın.
⠀
🇪🇺 Tünt-yaşıl rənglə Avropa Birliyinin vətəndaşlarının vizasız gedə bildiyi ölkələr göstərilib.
⠀
Keçmiş SSRİ ölkələrindən yalnız Rusiya və Azərbaycan Avropa vətəndaşlarından viza tələb edir.
⠀
Rusiya ilə hər şey aydındır. Burada siyasi qarşıdurma faktoru var. Amma Azərbaycanın avropalı turist üçün əlavə prosedurlar yaratmasının nə mənası var?
⠀
Orta statistik avropalının bura qeyri-qanuni miqrant kimi gəlməsi ehtimalı çox azdır. O, sadəcə bir neçə günlüyə ölkəyə gəlmək, görmək, burada pul xərcləmək və sonra geri qayıtmaq istəyir.
⠀
Bugün turizmin inkişafına dair qəbul edilmiş dövlət proqramı ilə qısa olaraq tanış oldum (AI-overview özünüz edə bilərsiniz). Proqramda viza rejiminin sadələşdirilməsi ilə bağlı ayrıca müddəa da var. Çox ümid edirəm ki, bu proqram çərçivəsində Avropa turistləri üçün viza rejimini nəhayət ləğv edəcəyik.
⠀
Bəli, deyə bilərsiniz, ki “Nə olsun ki? Elektron vizanı 20 avroya almaq mümkündür”.
⠀
Amma sizi əmin edirəm ki, hətta belə kiçik bir məhdudiyyət ölkəyə gəlmək istəyinə ciddi təsir edir. Xüsusilə də yanımızda Gürcüstan və Ermənistan kimi rəqiblər olduğu halda.
⠀
Niyə Türkiyə, Özbəkistan, Qazaxıstan və hətta Tacikistan Avropalı turisti vizasız qəbul edə bilir, biz isə ondan əlavə bir sənəd tələb edirik?
⠀
Bu arada, proqramda aşağıbüdcəli (lowcoster) aviaşirkətlərinin cəlbedilməsi haqqında danışılır. Elə bu viza məhdudiyyətinin aradan qaldırılması bunun üçün mütləq olan şərtlərdən biridir.

16
2
1August 20, 2026 162 3 3