🚆 İki gündür qatar qiymətləri bağlı şərhləri oxuyuram. ⠀ Fikir verdim ki, ən konstruktiv narazılıq odur ki, sərhədi keçmək üçün alternativ yoxdur. ⠀ Yazırlar ki, əvvəllər taksi ilə, “Vito” ilə gedirdik, sərhədi piyada keçirdik və s. İndi sərhəddən Qardabaniyə niyə 51 AZN ödəyək ki? ⠀ Mən 2019-cu ildə prinsipcə elə etmişdim, qatarla Böyük Kəsiyə qədər qatarla, sonra sərhədi piyada keçib, oradan taksi ilə Tiflisə getdim. Çünki sərhəddə 2 saat vaxt itirmək istəmirdim. ⠀ Hazırda vəziyyət çox emosionaldır, nəyisə sübut etmək çətindir. 2019-dan bəri inflasiya, müasir qatar və s. kimi arqumentlər işləməyəcək, iqtisadi vəziyyətin hazırda çətin olmasını anlaq lazımdır. ⠀ Amma alternativlər olsa insanlar bu qədər narazı olmazdı. Ona görə ümid edirəm quru sərhədlər maşın və avtobuslar üçün mərhələli şəkildə açılar. Heç olmasa dost ölkə Gürcüstanla.
Anar Əliyevin bloqu: post #176 — TG.ME
May 21, 2026 671 4