“Kartdan-karta” məhdudlaşdırılması problemi həll edəcəkmi?
⠀
Mən nə iqtisadçı, nə maliyyəçi deyiləm.
⠀
Amma niyə bir sahibkara ödənişi kartdan-karta qəbul etmək rəsmi işləməkdən daha rahat olsun cavabı mənə kifayət qədər sadədir.
⠀
Sabah «kartdan-karta» əməliyyatlarını tam qadağan etsələr, fundamental problem yox olmayacaq. İnsanlar daha çox nağd ödənişə keçə bilərlər. Yəni forma dəyişəcək, amma kölgə iqtisadiyyatının özü qalacaq.
⠀
Ümumiyyətlə, yalnız qadağa və məhdudiyyətlərlə işləmək, səbəbləri aradan qaldırmadan, uzunmüddətli nəticə vermir.
⠀
AI-nın verdiyi infoqrafikadakı tezislər arasında ən vacib məsələlərdən biri də dövlətə inamdır. Bunun üzərində ilk növbədə işləmək lazımdır. İllər ərzində yığılan problemlər insanlarda sistemə qarşı inamsızlıq yaradıb və insanlar ödədikləri vergilərin nəticəsini həmişə görmürlər. Hətta şəhər infrastrukturu kimi məsələlər də buna təsir edir.
⠀
Ona görə təkcə nəzarəti gücləndirmək yox, rəsmi işləməyi daha sadə, aydın və sərfəli etmək, eyni zamanda insanlarda dövlətə inam yaratmaq lazımdır.

11
4
1August 12, 2026 310 8 1