🛰️ “Artemis ll” missiyasından çəkilən fotolar.
⠀
Gəlin açıq danışaq: vizual baxımdan bu şəkillər sizdə güclü “WOW” effekti yaratmaya bilər. Bu gün sadəcə bir prompt yazmaqla süni zəka bundan daha fantastik görüntülər yarada bilir.
⠀
Amma bu fotolara səthi yox, daha dərin və fəlsəfi prizmadan baxmaq lazımdır. Təsəvvür edin, belə bir missiyanın arxasında nə qədər zəhmət və insan zəkası dayanır: mürəkkəb hesablamalar, texnologiyalar, saysız-hesabsız sınaqlar və astronavtların uzunmüddətli hazırlığı.
⠀
Bir tərəfdən bəşəriyyətin ən ağıllı nümayəndələri bizi bu cür nailiyyətlərlə heyran edir. Digər tərəfdən isə eyni bəşəriyyətin başqa nümayəndələri dünyanı az qala üçüncü dünya müharibəsinə aparır.
⠀
Kosmosa maraq göstərməyə bilərsiniz. Amma hərdən miqyas haqqında düşünmək insanı ayıldır. Kainatın miqyasında sadəcə bir qum dənəciyi boyda olan Yer kürəsində biz hələ də vahid harmoniya içində yaşaya bilmirik.
21
2
1
1
1April 7, 2026 640


