Anar Əliyevin bloqu: post #169 — TG.ME

🇩🇰 Kopenhagendə Yan Geyl ilə görüşdüm.

İllər öncə urbanistika mənim üçün onun “Cities for People” kitabından başlamışdı. Şəhərdəki dəyərlər və prioritetlərə baxış həmin dövrdən başladı. Bakıda məni nə sıxır, şəhərdə mənə şüuratlı narahatlıq yaradan nədir tipli suallara cavabı da o vaxt tapmışdım.

O vaxt düşünməzdim ki, bir gün müəlliflə canlı görüşəcəm. Yaşına baxmayaraq, görüş təklifimi qəbul etdi, bir saatdan çox söhbət etdik, kitabın tərcüməsini müzakirə etdik.

Bu kitab layihəsi üçün sponsorlar əksər xərclərimizi qarşıladı, müəyyən məbləğ marketinq xərcləri üçün çatışmır. Bu keçidə daxil olub dəstək ola bilərsiniz, 30₼-dan yuxarı ianə edənlərə isə kitab çıxandan sonra bir nüsxəsi hədiyyə olunacaq (bu halda mənə adınızı və nömrənizi direktə yaza bilərsiniz).

Sonda qeyd edib ki, Bakıya gəlmək çox istəyərdi, səyahət etməkdən hələ ki tam imtina etməyib. Kişinin bu il 90 yaşı tamam olacaq.
❤27👏5
February 22, 2026 690 1