BİSMİLLAHİR-RAHMANİR-RAHİM
«لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ»
(Həqiqətən, Allahın Rəsulunda sizlər üçün gözəl bir örnək vardır)
Bütün dəyərli müsəlman bacı və qardaşlara, möhtərəm ailələrinizə, haqq cəbhəsinin bütün keşikçiləri və zəhmətkeşlərinə;
Cahillik və təhrif dövrlərindən sonra İslam nizamının qurucusu və aləmlərə rəhmət peyğəmbəri həzrət Məhəmməd Rəsulullahın (s) və onun pak nəvəsi, tövhidçi təşkilatlanmanın əsas memarı İmam Cəfər əs-Sadiqin (ə) mübarək mövludu münasibətilə hamınızı təbrik edirik.
Bu iki şərəfli mövludun eyni gündə bir araya gəlməsi çox dərin bir sivilizasiya ismarışıdır;
Rəsulullah cihadı və tədbiri ilə əsasını qoyduğu nizamı, İmam Sadiq elmi, siyasi və kadr təşkilatı ilə İslam ümməti üçün qorumuş və mühəndisliyini etmişdir.
Əzizlər diqqət edin ki, «Təşkilatsız nizam olmaz, birlik və qardaşlıq olmadan da təşkilat olmaz»; çünki gözəl əxlaq, möhkəm birlik, möminlər arasında qarşılıqlı xeyirxahlıq və məhəbbət olmadan haqqın sütunu ayaqda durmaz və hər bir səy havaya sovrulan kül kimi puç olar.
Allahım! Bu əzəmətli günün hörmətinə qəlblərimizi tövhid sistemi ətrafında birləşdir, ruhlarımızı xalis qardaşlıqla bir-birinə bağla, cəbhəmizə mərhəmət və qarşılıqlı yardım vasitəsilə izzət və qüdrət ver. Bizləri Kərimə Dövlətin ümumdünya qələbəsinə qədər bu məktəbdə sabitqədəm olanlardan qərar ver.
Hər gününüz xeyir, izzət və qardaşlıqla dolu olsun.
Bayramınız mübarək!


