İmam Həsən (ə) böyük şiə təşkilatını yaratdı. Həzrət Şəhid İmam… — Zühura hazırlıq — TG.ME

İmam Həsən (ə) böyük şiə təşkilatını yaratdı.

Həzrət Şəhid İmam Xamenei:

İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və sistemləşdirmə işinə başladı.
Bu, o vaxta qədər olunmamış, həm də buna zərurət və imkan olmamış bir iş idi; o, böyük bir şiə təşkilatını meydana gətirdi.
Bu, elə bir təşkilat idi ki, siz onun izlərini İmam Hüseynin (ə) dövründə və şəhadətindən sonra Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə görə bilərsiniz. Məhz bu təşkilatlanma Təvvabin (tövbəkarlar) hərəkatını və Muxtarın qiyamını ortaya çıxardı, İslam dünyasında saysız-hesabsız hadisələrə yol açdı və sonadək Bəni-Ümeyyə (Əməvi) xəlifələrinin rahat nəfəs almasına imkan vermədi.
Bu, İmam Hüseynin (ə) dövründə də mövcud olan bir təşkilat idi. İmam Hüseyn (ə) şəhid olarkən bilirdi ki, özündən sonra elə bir təşkilat qoyub gedir ki, onlar bu bayrağı uca tutacaq, məsələnin unudulub getməsinə və həqiqətin gizli qalmasına icazə verməyəcəklər.
(25 May 1986)
August 13, 2026 93