İmam Həsən (ə) böyük şiə təşkilatlanmasını formalaşdırdı ✏️ Həzrət… — Zühura hazırlıq — TG.ME

İmam Həsən (ə) böyük şiə təşkilatlanmasını formalaşdırdı

✏️ Həzrət Ayətullahül-üzma Şəhid Xamenei: İmam Həsən (ə) müharibənin dayandırılması hadisəsindən sonra təşkilatlanma və struktur quruculuğuna başladı. O vaxta qədər belə bir iş nə zəruri idi, nə də mümkün idi. Həzrət böyük bir şiə təşkilatlanmasını formalaşdırdı.

✏️ Bu, həmin təşkilatlanmadır ki, onun izlərini Kufədə, Mədinədə, Yəməndə, Xorasanda, hətta ən uzaq bölgələrdə belə İmam Hüseynin (ə) dövründə və Kərbəla hadisəsindən sonra görürsünüz. Məhz həmin təşkilatlanma Təvvabin hərəkatını meydana gətirdi, Muxtarın qiyamını ortaya çıxardı və İslam dünyasında çoxsaylı hadisələrin baş verməsinə səbəb oldu. Bu təşkilatlanma axıra qədər Bəni-Üməyyə xəlifələrinin rahat nəfəs almasına imkan vermədi.

✏️ İmam Hüseynin (ə) dövründə mövcud olan bu təşkilatlanma idi ki, İmam Hüseyn (ə) şəhid olarkən bilirdi, özündən sonra bayrağı uca tutacaq, hadisənin mahiyyətinin təhrif olunmasına və həqiqətin gizlədilməsinə imkan verməyəcək bir təşkilatı geridə qoyur. (04.03.1365 / İran təqvimi)
July 22, 2026 104