Böyük Britaniyada dünyada ilk dəfə süni intellektin köməyi ilə real… — Şəbəkə — TG.ME

⚡️🇬🇧 Böyük Britaniyada dünyada ilk dəfə süni intellektin köməyi ilə real vaxt rejimində beyin əməliyyatı həyata keçirilib — “The Guardian”

💉 48 yaşlı pasiyentin beynindən görmə sinirlərinə təzyiq göstərən və görmə qabiliyyətinin itirilməsi təhlükəsi yaradan 11 millimetrlik hipofiz vəzi şişi çıxarılıb.

🔬 Prosedur zamanı süni intellekt kamera görüntülərini real vaxt rejimində təhlil edərək kritik sinirləri, qan damarlarını və digər strukturları vurğulayıb və bununla da cərrahlara şişə təhlükəsiz şəkildə çatmağa kömək edib.

Əməliyyatdan sonra pasiyentin görmə qabiliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.

❗️ Hazırda bu texnologiyanın daha çox sayda pasiyent üzərində sınaqdan keçirilməsi planlaşdırılır.
👍32❤4
August 28, 2026 2.2K 2