Səhər xəbərləri: 🚀 Ruslar bu gecə Kiyevə 20-yə yaxın ballistik raket… — Şəbəkə — TG.ME

📺 Səhər xəbərləri:

🚀 Ruslar bu gecə Kiyevə 20-yə yaxın ballistik raket atıb. "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirilib, 7 nəfər həlak olub.

🚀 Bundan başqa Odessa da kütləvi hücuma məruz qalıb. Ukraynanın Rumıniya ilə sərhəd-keçid məntəqəsinə də zərbələr endirilib.

🚀 Ukrayna PUA-ları Leninqrad vilayətində limana zərbə endirib.

NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir - "Bloomberg"

🌊 Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb.

💼 Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammiti öz işinə başlayır.

🚌 Böyük Qayıdış çərçivəsində Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Ağdama 362 nəfər (117 ailə) köçürülüb.

🤝 Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan arasında görüş keçirilib.
👍5
September 1, 2026 908