📺 Axşam xəbərləri:
🚀 ABŞ SQ bu gün Hörmüz boğazında İran obyektlərinə kütləvi zərbələr endirməyə başlayıb. İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətinin Konarak və Çabahar şəhərlərində partlayış səsləri eşidilib.
🔥 İran mediası bu hücumlara daha sərt cavab veriləcəyini bildirib.
❗ Almaniya Rusiyanı Leypsiq hava limanına dron hücumu təşkil etməkdə ittiham edib. Bu barədə Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful mətbuat konfransında bildiriblər.
💰 Avropa İttifaqı vəsait qıtlığı fonunda ölkələri Ukraynaya ikitərəfli yardımı sürətləndirməyə çağırıb.
🤝 Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş baş tutub. Prezidentlər regional məsələləri müzakirə ediblər.
📍 Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb.
⚠ Sabah təmir işləri ilə əlaqədar Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
✅ Bakıda 111 küçə və prospektin təmiri nəzərdə tutulub. Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib.
5September 1, 2026 1.9K 1