⚡️ Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.
Qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb.
Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.
10
2August 28, 2026 2.1K 2