“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda aviabilet qiymətlərinin əlçatanlığının artırılması ilə bağlı mühüm tədbir nəzərdə tutulub.
Hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud istiqamətlər üzrə uçuş tezliyinin artırılması və aviabilet qiymətlərinin daha əlçatan olması üçün təşviq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanın xarici ölkələrlə birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuş intensivliyinin artırılması nəzərdə tutulur.
Dövlət Proqramında regionlarda yerləşən hava limanlarına yeni beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb olunmasının təşviq edilməsi də nəzərdə tutulub.
Bu tədbirlərin həyata keçirilməsi nəticəsində həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn xarici turistlər üçün hava nəqliyyatından istifadənin daha əlçatan olması hədəflənir.



















