🔥Elm kimdən alınmaz❓
✔️ Abdullah ibn əs-Səkr əs-Sükkəri bizə nəql etdi, İbrahim ibn əl-Münzir əl-Hizami bizə rəvayət etdi, Ma’n – başqa bir rəvayətdə Muhamməd ibn Sədəqə əl-Fədəki – onların biri və ya hər ikisi belə dedi:
İmam Malik ibn Ənəsi (rahiməhullah) belə deyərkən eşitdim:
➖ “Elm dörd nəfərdən alınmaz, bunların xaricində olanlardan alınar:”
1⃣ İnsanları öz nəfsinin (hevasının) ardınca çağıran bidət və heva sahibindən elm alınmaz.
2⃣ Açıq-aşkar səfehlik edən (fasiq davranışlarını gizlətməyən) kimsədən elm alınmaz, hətta insanların ən çox rəvayət edəni olsa belə.
3⃣ İnsanlarla gündəlik danışığında yalan danışan kimsədən elm alınmaz — hətta onu Peyğəmbər ﷺ adına yalan danışmaqda ittiham etməsələr belə.
4⃣ Fəzilətli, saleh və ibadət sahibi olsa belə, rəvayət etdiyini anlamayan və bilməyən kimsədən elm alınmaz.
➡️ əl-Hizami dedi: Bunu Mutarrif ibn Abdullah’a danışdım. O dedi:
“Onun nə dediyini tam bilmirəm, amma şahidlik edirəm ki, Malik’i belə deyərkən eşitdim: Bu şəhərimizdə (yəni Mədinədə) çoxlu saleh və fəzilətli yaşlı alimlər gördüm. Onlar hədis rəvayət edirdilər, lakin mən onlardan heç nə yazmadım.”
Dedim: “Niyə, ey Əbu Abdullah?”
Dedi: “Çünki onlar nə rəvayət etdiklərini anlamırdılar.”
📚 Muhaddisul-Fəsil (403)
✔️Ma’n ibn İsa belə dedi: Malik’i belə deyərkən eşitdim:
➖ “Elm dörd nəfərdən alınmaz:”
1⃣ Bidətinə çağıran bidət əhlindən elm alınmaz.
2⃣ Açıq-aşkar səfehlik edən kimsədən elm alınmaz.
3⃣ İnsanlarla danışığında yalan danışan kimsədən — hətta Peyğəmbər ﷺ hədislərində doğru danışsa belə — elm alınmaz.
4⃣ Bu elmin mahiyyətini (əsasını) bilməyən kimsədən elm alınmaz.
📚 əl-Cami‘ fis-Sünən (147)
✔️ İmam Malik (rahiməhullah) belə demişdir:
🖊 “Bu elm dindir. Elə isə dininizi kimdən aldığınıza diqqət edin.”
“Bu məsciddə (Peyğəmbərin ﷺ məscidinə işarə edərək) yetmiş nəfərə çatdım. Onların hamısı ‘filankəs dedi ki, Peyğəmbər ﷺ belə buyurdu’ deyirdilər. Amma mən onlardan heç nə almadım. Halbuki onlardan biri beytül-mala əmanət qoyulsa, etibarlı sayılardı. Lakin onlar bu işin əhli deyildilər.”
📚 Zəmmul-Kəlam (887)
✔️ İmam Malik ibn Ənəsin bir məktubunda belə gəlir:
🖊 “Salam olsun sənə… Sənə Allahdan qorxmağı tövsiyə edirəm… Sonra elmi, özlərindən əvvəlkilərin mirasçıları olan və bu işə diqqət edən əhlindən al. Eşitdiyin hər sözü danışanın hər sözünü qəbul etmə. Çünki hər danışandan və hər rəvayət edəndən elm almaq doğru deyil. Elm əhlindən bəziləri deyirdi:
‘Bu məsələ (elm) sizin dininizdir, elə isə dininizi kimdən aldığınıza diqqət edin.’”
📚 əl-Kamil fi Duafa’ir-Rical (255)
➡️ İmam Malik burada üç əsas qaydaya diqqət çəkir:
1⃣ Elm yalnız etibarlı və bu işin əhli olanlardan alınmalıdır.
2⃣ Hər danışanın və özünü alim kimi göstərənin sözü qəbul olunmamalıdır.
3⃣ Elm bir dindir və onu kimdən aldığın çox böyük əhəmiyyət daşıyır.
✔️ Əbu’l-Əhvas Muhamməd ibn Həyyan belə nəql edir:
Bir gün bir nəfər Hüşeym’e bir məsələ soruşdu. O da ona bu barədə bir hədis dedi. Adam isə belə dedi:
“Əbu Hənifə, Muhamməd ibn Həsən və onların tərəfdarları bunun əksini deyirlər.”
Hüşeym cavab verdi:
🖊 “Ey Allahın qulu! Elm aşağıdan (sifildən) alınmaz.”
📚 Kitabus-Sünnə (1/227)
✍ İzah:
Buradakı “elm aşağıdan alınmaz” ifadəsi ilə məqsəd, əsər (Quran və Sünnə) əhlinə müxalif olan, dini öz rəyi və şəxsi anlayışı ilə təhrif edən kəslərdir.
Elm bir çaya bənzəyir:
Necə ki, təmiz su içmək istəyən insan çayın bulanıq aşağı hissəsindən deyil, onun təmiz mənbəyindən su götürür — elm tələb edən də elmi onun saf qaynağından, yəni Qur’an, Sünnə və sələfin yolundan götürməlidir.
Belə olduqda elm, Allahın izni ilə, təmiz və doğru şəkildə öyrənilər.
https://t.me/ibrahim_Abu_Muhammad