Nisə (Qadınlar) 4:34
Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın insanlardan bəzilərini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görədir. Əməlisaleh qadınlar itaətkar olub, Allahın himayəsi sayəsində (ərlərinin namusunu və malını) gizlində də qoruyanlardır. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (bunun faydası olmadığı təqdirdə,) yataqda onları tərk edin, (bu da fayda verməzsə,) onları vurun! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah ucadır, böyükdür.
Qeyd: Ayədə gələn vurun sözünə alimlər təfsirlərdə qeyd edir ki, bu nə qisas almaq üçün vurmaq kimi olmamalıdır, nə əzməməlisən nə də bir başqa zərbə. Burada vurmaqdan qəsd xəbərdar edici vurmuşdur, məsələn misvakla və ya geyimin ətəyi ilə və s. bundan artığını edərsə qiyamət günü qadın ondan haqqını tələb edəcək. Çünki qadın özünü qoruya bilmir.
Nisə (Qadınlar) 4:128
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (ondan) üz döndərməsindən qorxarsa, (ər-arvadın) öz aralarında anlaşmasında onlara günah gəlməz. Aranı düzəltmək daha xeyirlidir. Doğrusu, nəfslər xəsisliyə meyillidir. Əgər (qadınlarla) yaxşı davranıb (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.
Nisə (Qadınlar) 4:129
Siz nə qədər çalışsanız da, (yenə də) qadınlar arasında ədalətlə davrana bilməzsiniz. Elə isə (birinə) tamamilə meyl edib, digərini asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər (özünüzü) düzəldib (Allahdan) qorxsanız, şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
🕯https://t.me/imanveteqva