Söz bura gəlib çıxmışkən etiraf etməliyəm ki, bəzən məktəbin… — Şəhidə Blog — TG.ME

Söz bura gəlib çıxmışkən etiraf etməliyəm ki, bəzən məktəbin şagirdlərinə qibtə edirdim və özümü onlarla rəqabətdə hiss edirdim. Siz onları həqiqətən də öz övladlarınız kimi sevirdiniz. Elə vaxtlar olurdu ki, onlarla o qədər məşğul olurdunuz ki, mən heyrətə gəlirdim və içimdə həmin qibtə hissi yenidən baş qaldırırdı.

Teatr festivallarından tutmuş Rahiyan-e Nur düşərgələrinədək hər işdə məktəb proqramlarına bütün vaxtınızı sərf etsəniz də, eyni zamanda evə və ailəyə də tam diqqət göstərirdiniz. Bu barədə o qədər şahidlik edə bilərəm ki, bu bir neçə səhifəlik yazı bütöv bir kitaba çevrilər.

Yenə öz-özümə sual verirəm: bu həyat necə oldu ki, şəhadətlə başa çatdı? Bəlkə də bunun səbəbi sizin səmimiyyətiniz və Uca Allahla olan saf münasibətiniz idi. Şəhadət verirəm ki, siz Allahınıza qarşı sadiq idiniz və mən bu səmimiyyəti bütün varlığımla hiss etmişəm.

Nə üçün şəhid olduğunuzu anlamağa çalışanda, çoxlarının da şahidi olduğu ən bariz xüsusiyyətiniz yadıma düşür: siz ətrafınızda baş verənlərə heç vaxt laqeyd qalmırdınız.

Yadımdadır, «Əqsa tufanı» əməliyyatı yeni baş vermişdi. O günlər İnqilab meydanı və Fələstin meydanı Qəzzədə törədilən cinayətləri pisləyən aksiyalarla dolu idi. Yadımdadır ki, keçirilən hər yürüşdə mütləq iştirak edirdiniz.

Mənə deyirdiniz: «Əgər kameraların kadrında Qəzzəyə dəstək verənlərin sayını cəmi bir piksel qədər də artıra biliriksə, bunu etməliyik.»

Bəzən mənim həvəsim olmurdu, siz özünüz gedirdiniz. Bəzən isə bir neçə gün əvvəldən deyirdiniz ki, proqramımı uyğunlaşdırım və birlikdə gedək. Hətta özünüz gedə bilməyəndə də məni göndərirdiniz ki, orada iştirak edim. Mən də etiraf edirəm ki, həmin toplantılarda çox qiymətli mənəvi xəzinələr qazandım.

Bu möhtəşəm aqibətə çatmaq üçün lazım olan səbəblərə baxanda görürəm ki, siz onların hamısını öz həyatınızda hazırlamışdınız. Bunların hamısını danışmağa zaman və məkan kifayət etməz. Şəhid Hacı Qasım Süleymaninin necə də gözəl buyurduğu kimi:

«Şəhid olmağın şərti əvvəlcədən şəhid kimi yaşamaqdır.»

Əziz anam!

Sizin ayrılığınızın dərdi mənim üçün çox ağır olsa da, belimi həqiqətən qıran hadisə Ağacanın – ümmətin şəhid ağasının – şəhadəti oldu. Həmişə onun üçün dua edir, deyirdiniz ki, İmam Rzanın (ə) hərəmində onun hacətlərini öz hacətlərinizdən üstün tutursunuz.

İndi isə siz o tarixi böyük insanın yanında qərar tutmusunuz. Şübhəm yoxdur ki, həm mənim, həm də bu müqavimət ümmətinin nicatı üçün dua edirsiniz.

Ümid edirəm ki, Allah sizin gözəl aqibətinizi mənə də nəsib etsin.

Oğlunuz:
Seyyid Məhəmmədbaqir Hüseyni Xamenei
Xordad, 1405 (iyun 2026).

Allahın salamı və salavatı Həzrət Məhəmmədə (s) və onun pak Əhli-beytinə olsun.

https://t.me/sehideblog
Telegram
Şəhidə Blog
Şəhidə xanımların xatirələri ✨ 📍Onların xatirələri bu günki nəslə dərs və mesajla doludur...
💔1
July 24, 2026 105 1