Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı müqəddəs Quranın yandırılması ilə bağlı bəyanat yaydı.
İntiqam alan Allahın adı ilə
Allah İsra surəsinin 82-ci ayəsində buyurur:
Biz, Qur’andan möminlər üçün şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara ziyandan başqa bir şey artırmır.
Bəşəriyyəti həqiqi azadlığa çatdıracaq olan müqəddəs Quran zalımların gözündə çöp və boğazında sümüyə çevrildi. Diktatorlar və zalımların yolunda sədd olduğu üçün bu kitabla hər növ mübarizəyə qalxdılar. Məna cəhətindən təhrif etmək, yandırmaq, təhqir etmək və sair kimi yollarla bu kitabı səhnədən çıxarmağa çalışdılar. Amma İslam günü-gündən dünyanın hər yerinə daha da geniş yayıldı və Qurani-Kərimə olan rəğbət müxtəlif dinlərdən olan kəslərdə də yarandı. Buna baxmayaraq zalımlar öz çirkin işlərindən və Quranla olan mübarizələrindən əl çəkmədilər. Bunun ən bariz nümunələrindən biri son günlərdə Azərbaycanda özünü ateist hesab edən bir şəxsin Qurani-Kərimi təhqir etməsi və yandırmasıdır. Biz bu hadisəyə təsadüfi bir hal kimi baxmırıq. Demək olar ki, daim dini dəyərlərin və dindarların təhqir olunduğu Azərbaycanda Qurani-Kərimi də təhqir etməyi adi hala çevirmək cəhdi heç də təsadüfi deyil. Əslində belə hadisələr plan əsasında xüsusi sifariş ilə edilir ki, dəyərləri təhqir etməklə cəmiyyətin irədəsini daha sındırsınlar və Qərbdə olduğu kimi xalqın müqəddəs dəyərlərini təhqir etməyi adi hala çevirsinlər. Bu hadisə əslində məzhəbindən asılı olmayaraq bütün müsəlmanları təhqir etməkdir. Nəinki müsəlmanları, hətta bütün azadlıq sevər insanları təhqir etməkdir. Bu məsələyə görə hər kəs məsuliyyət daşıyır.
Vahid Ümmət Ruhanilər təşkilatı olaraq biz bu məsələyə ciddi etiraz edirik . Bu çirkin işi görən şəxsi və onun arxasında duran mənfur simaları imperializmə kölə olan hökumətlərin cəzalandırmayacaqlarını bildiyimiz üçün üzümüzü dünyanın qeyrətli müsəlmanlarına tutaraq belə şeytansifət məxluqları cəzalandırmaqlarını istəyirik
Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı
10.08.2024
https://t.me/VAHIDUMMAT