Günlər keçdi, fəsillər bir-birini əvəz etdi və biz bir il də böyüdük… — Şəhidə Blog — TG.ME

Günlər keçdi, fəsillər bir-birini əvəz etdi və biz bir il də böyüdük. Bizimlə birlikdə elə bir həyəcan yol gedir ki, sanki hər şey yenilənir — il də, ay da, gün də.

Biz də yenilənirik; ətraf aləmə baxışımız, sevdiyimiz və bizim üçün əziz olan hər şeyə duyduğumuz məhəbbət. Hətta yaşadığımız kədərlər, varlıq, mövcudluq və həyat haqqında anlayışımız belə.

Bu zaman nöqtəsində həyatın, varlığın və mövcud olmağın özü nə qədər düşündürücüdür. Bu böyük kainatın hərəkəti içində biz haradayıq və bizi nələr gözləyir?

Hadisələr çox sürətlə baş verir. Hələ əvvəlkiləri tam dəyərləndirməyə macal tapmamış, artıq yeni bir hadisə baş qaldırır.

İndi isə dünya bütün bu hadisələrin içindən keçərək elə bir günü gözləyir ki, bir nur saçsın, bütün bəşəriyyəti sonsuz mərhəmətinin kölgəsində himayə etsin; əzablar sona çatsın, zülmlər aradan qalxsın və ədalət kök salsın.

İlahi! Qəlbimizi, düşüncəmizi, baxışımızı və halımızı Sənə əmanət edirik ki, Özün işlərimizin tədbirini görəsən, halımızı yaxşılaşdırasan və dualarımızın həmdəmi olasan.


https://t.me/sehideblog
❤2
July 23, 2026 107 2