Mən hər həftə onlara — qızıma və uşaqlarına baş çəkməyə gedirdim. Çox… — Şəhidə Blog — TG.ME

Mən hər həftə onlara — qızıma və uşaqlarına baş çəkməyə gedirdim. Çox vaxt axşam saat 8–9 radələrində onların evinə gedirdim. Üç uşağı ilə birlikdə yaşadıqları o 100 kvadratmetrlik mənzilə...

Elə həmin evə ki, sosial şəbəkələrdə onun haqqında yalanlar yayır, guya ilk övladını Londondakı hansısa xəstəxanada dünyaya gətirdiyini iddia edirdilər. İndi də internetdə axtarsanız, o yalanlar qarşınıza çıxar. Onun həyatı barədə yaratdıqları təsvir tamamilə saxta idi.

Evə gedəndə görürdüm ki, Zəhra evdə yoxdur. Soruşurdum: “Ağa Müctəba, Zəhra haradadır?” Deyirdi: “Məktəbdədir. Bu gecə şagirdlərin proqramı var. Onların işləri ilə məşğul olmaq üçün məktəbdə qalıb. Bu gecə evə gəlməyəcək.”

Bu vaxt özü üç uşağın qayğısına qalırdı: birinə yemək verir, birini yatırdır, digəri ilə dərslərini hazırlayırdı.

Əziz Seyid Müctəba ev işlərini görür, uşaqlara baxırdı və bundan zərrə qədər gileylənmirdi. Deyirdi ki, həyat yoldaşım məktəbin şagirdləri ilə birlikdə “Rahiyan-e Nur” səfərinə gedib.


🌷Rəvayət edən: QulamƏli Həddad Adil. (Şəhidə Zəhra Həddad Adilin atası)

“Rahiyan-e Nur” İranda şagird və tələbələrin müqəddəs müdafiə (İran–İraq müharibəsi) bölgələrinə təşkil olunan maarifləndirici səfərlərinə verilən addır.


https://t.me/sehideblog
💔5😍2
July 22, 2026 262 5