Cənab Həddad Adil (Rəhbərin gəlininin atası):
Ağa Müctəba ilə qızımın toy mərasimi bizim evimizdə gecə saat birə qədər davam etdi. Ağanın ailəsi gəlini aparmaq üçün gəlmişdilər, təbii ki, Ağanın görünür bir işi var idi və gəlməmişdi. Lakin gəlini evə gətirəndə gördük ki, Ağa hələ də oyaq oturub və gəlinin gətirilməsini gözləyir.
Buyurdu: «Mən mənəvi olaraq özümə borc bilirəm ki, gəlinimiz ilk dəfə evimizə qədəm qoyanda mən də onu qarşılayım və necə deyərlər, "xoş gəldin" deyim.»
Biz çox təəccübləndik və Ağanın gecənin o vaxtına qədər oyaq qalacağını düşünmürdük, hətta Ağa o gecə yemək də yeməmişdi.
Çünki Ağanın ailəsinin başı qarışıq olduğundan Ağaya yemək verməmişdilər. Ağa dedi: «Doktor, bu gecə şam yeməyimiz də yox idi, mühafizəçilərdən birinə dedim ki, yeyəsi bir şeyiniz var? Onlar dedilər ki, bir az çörəkdən başqa bir şeyimiz yoxdur. Dedim: elə onu gətirin, yeyirik.»
https://t.me/sehideblog
6
1July 20, 2026 183 5