Yeni qanun layihəsi hazırladıq. Ötən seçkidəki vədimizə uyğun olaraq. İndi onu ictimai müzakirəyə çıxarırıq. Qanun layihəsinin ilkin adı: “Rəqəmsallaşmanın hədləri haqqında”.
Rəqəmsal texnologiyaların dövlət tərəfindən tətbiqi bir çox fayda verməklə yanaşı vətəndaşlarımızın təməl haqlarını tədricən sual altına qoymağa başlayıb. Siyasi baxışlardan tutmuş özəl həyata qədər – dövlət insanı bu texnologiyalar vasitəsilə siyasi məqsədlə izləmək, ona aşırı nəzarət və kobud təsir etmək imkanını qazana bilər.
İnsanın bu cür haqlarını dövlət müdaxiləsindən qorumaq üçün rəqəmsal alətlərin dövlət istifadəsinə hədlər qoyulmalıdır. Qanun layihəmiz məhz bundan ötrüdür.
Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik. Lakin əvvəlcə onu ictimai müzakirəyə çıxarmaq qərarına gəldik. İctimai müzakirə üçün əsas yer – Respublikaçı Alternativ partiyasının saytdıdır. Orada qanun layihəmizi oxuyandan sonra “Redaktə et” düyməsini basıb öz dəyişikliyinizi yerindəcə əlavə edin. Təkliflərinizin hamısını nəzərdən keçirib yekun mətni bir neçə aydan sonra Milli Məclisə göndərmək niyyətindəyik.
https://realplatforma.org/category/Reqemsallashmanin-heddi
Rəqəmsallaşmanın həddi
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU (layihə) Rəqəmsallaşmanın hədləri haqqında Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci və 6-cı bəndlərinə uyğun olaraq, r

August 13, 2026 70 1