Bəzi dəvət Telegram kanalları hack olunub. Hazırda bu kanallarda qanunsuz və uyğun olmayan məzmun göndərirlər.
Heç bir linkə keçməyin.
Heç nə yükləməyin.
🛑Təhlükəsizliyiniz üçün:
🔐 Telegram-da İki Mərhələli Doğrulamanı (Two Step Verification) aktiv edin
📵 Aktiv Sessiyaları yoxlayın və tanımadığınız cihazlardan çıxış edin
#️⃣ Telefon nömrəsinin görünməsini “Heç kim” olaraq təyin edin
‼️ Xəbərdarlıq və ya təsdiqləmə mesajlarına etibar etməyin (sizə gələn kod tipli mesajları heç kimlə bölüşməyin; istər mesaj istər zəng vasitəsilə)
💵Sizdən pul istəyənlərə, araşdırıb yazıb, zəng edib soruşmadan etibar etməyin
🔗Naməlum linklərə keçid etməyin.
Ayıq olun və hesabınızı qoruyun.