“Mənə salavat gətirin. Əlbəttə, harada olsanız salavatınız mənə çatar!”
[Əbu Davud, 2/218]
Başqa bir hədisdə isə belə buyurmuşdur:
“Cümə günü və Cümə gecəsi mənə salavat deməyi çoxaldın. Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on salavat deyər.”
[Silsilə Sahihə, 1407]
Cümə gününün fəzilətindən istifadə edərək bu gün daha çox salavat gətirək, çünki bu, həm Peyğəmbərimizə olan sevginin ifadəsidir, həm də böyük savab qazanmaq üçün bir fürsətdir.